Sumqayıtda dostların məclisi faciə ilə bitdi: 16 yaşlı gənc öldü

08
mar
2021
11:50
Sumqayıt şəhərində dostların məclisi faciə ilə nəticələnib.
BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.
Belə ki, dostu tərəfindən gətirilən spirtli içkini qəbul edən 2005-ci il təvəllüdlü Fərhadlı Turan Faiq oğlunun vəziyyəti qəflətən pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq 16 yaşlı gənci xilas etmək mümkün olmayıb.
Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanılıb
Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub. BAKU.WS “Report”a istinadla xəbər verir ki, araşdırma zamanı dünyasını dəyişmiş Yusif...