SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yaşayış binasında yanğın hadisəsi olub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS