Ötən gün ölkədə 27 yanğın olub, 1 nəfər ölüb, 7 nəfər xilas edilib - RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 7 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...
