SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir. Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, əvvəllər dəfələrlə kobud qayda pozuntusu törətdiyinə görə sürücülük hüququndan məhrum edilən şəhər sakini Samir Məmmədovun “Volkswagen” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxslər barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

 

BAKU.WS
VİDEO