SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonu, Əliyar Əliyev küçəsində gənc qadının özünü çoxmərtəbəli binadan ataraq intihar etməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

BAKU.WS-in məlumatına görə, bina sakinləri Publika.az-a bildiriblər ki, özünü ataraq həyatına son qoyan 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı həmin binada yaşamayıb. Hadisədən əvvəl o, təxminən yarım saat binanın blokunda dayanıb və kiminləsə telefonla danşıb.

Daha sonra blokun eyvanına çıxan 30 yaşlı qadın intihar etmək istədiyini nümayiş etdirib.

Həyətdə olan şəxslər 18-ci mərtəbədəki şəxsin intihar etmək istədiyini görərək polis çağırıblar. Lakin bir neçə dəqiqə sonra S.Qurbanova özünü binadan atıb. O, həyətdə park edilmiş avtomobilin üzərinə düşüb və yerindəcə keçinib.

Bildirilir ki, gənc qadın əvvəlcə binanın damına çıxmağa cəhd edib. Lakin sonra blokdan eyvana çıxıb.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi və hüquqi qiymtin verilməsi üçün faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı qadının üzərinə düşdüyü avtomobilə külli miqdarda ziyan dəyib. Avtomobil sahibi sığorta şirkətinə müraciət edib.

***10:05

Ötən gün Bakının Nərimanov rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsində 21 mərtəbəli binada baş verib.

1991-ci il təvəllüdlü Sevda Şikar qızı Qurbanova özünü binanın 18-ci mərtəbəsindən atıb. Gənc qız həyətdə park edilən avtomobilin üstünə düşərək yerindəcə keçinib. 

Sevda Qurbanova subay olub. Onun hadisə baş verdiyi binada yaşamadığı müəyyənləşdirilib.  

Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO