Polislər çempionu döydü - VİDEO

Polislər çempionu döydü - VİDEO
Video
Hadisə 6700
 

Məşhur ukraynalı güləşçi Vyaçeslav Olinik içkili vəziyyətdə maşın sürərkən polis tərəfindən yaxalanıb.

ANS-in məlumatına görə, olimpiya çempionunun polislərlə mübahisəsi sonda davaya çevrilib. Kievdə 50 yaşını dostları ilə qeyd edən keçmiş idmançı polisdən buraxılmasını istəyib. Polislərlə mübahisəyə başlayan Olinik cəza almamaq üçün əlindən gələn hər şeyi edib. Onun bu inadkarlığı tərəflər arasında davaya səbəb olub. 

7 polislə dava edən veteran güləşçiyə qarşı bibər qazından və dubinkadan istifadə edililib. Nəticədə sifəti qana boyanan Oliniki polislər yerə yıxaraq həbs edib.

Vyaçeslav Olinik 1996-cı il Atlantada keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub və Ukraynanın tanınmış idmançılarından sayılıb. Faktla bağlı Ukrayna polisi araşdırmaya başlayıb.

BAKU.WS

Oxşar xəbərlər

Elnur Məmmədli yeni vəzifəyə getdi

Elnur Məmmədli yeni vəzifəyə getdi

Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb. BAKU.WS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, Bakı şə...

3647 Sosial 10:37 29 mart 2016

Son xəbərlər