SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Yasamal rayonunda iki mənzildə yanğın baş verib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.

Məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 19:09

Bakıda Nizami metrosu yaxınlığında yanğın hadisəsi baş verir.

BAKU.WS xəbər verir ki, yanğın yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyonin əməkdaşları cəlb olunublar.

BAKU.WS
VİDEO