SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə ordusunun istifadə etdiyi M60T tipli ABŞ istehsalı olan tank Rusiyada istehsal olunmuş tank əleyhinə idarə olunan "Kornet” raketinin birbaşa zərbəsinə davam gətirib.

Bu barədə "Janes Defense” portalı məlumat verib.

Hadisə ötən çərşənbə axşamı Mosuldan 30 kilometr şimal-şərqə doğru İraqın Başika şəhəri yaxınlığında baş verib.

Qeyd olunur ki, Türkiyənin M60T tankları İsraildə modernləşdirmə prosesi keçiblər. 2002-ci ildə imzalanmış müqaviləyə əsasən, İsrailin "Hərbi sənaye” müdafiə konserni (TAAS) tankları əlavə 120 mm-lik zirehlə təchiz edib, həmçinin tankların ön hissəsində dinamik zireh quraşdırıb.
 
Virtualaz.org
BAKU.WS