SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycana məxsus pilotsuz uçan aparatın aprelin 4-də Ağdərəyə köməyə gələn erməni hərbçilərinin olduğu avtobusa zərbəsi nəticəsində yaralanan daha bir nəfər muzdlu döyüşçü ölüb.

BAKU.WS erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən könüllü Kapo Ambarsumyan olub. 56 yaşlı könüllü aprelin 20-də Sisianda dəfn edilib.

Qeyd edəık ki, Azərbaycana məxsus pilotsuz uçan aparatın avtobusa zərbəsi nəticəsində 7 nəfər ölmüşdü. 

BAKU.WS