VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Şəki şəhərində start götürən 4-cü Beynəlxalq Moto Festivalı zamanı bədbəxt hadisə baş verib.

BAKU.WS
-in Report-a istinadən verdiyi məlumata görə, yerli və xarici baykerlərin iştirakı ilə təşkil edilən festivalda qəza baş verib.

Belə ki, baykerlərdən biri, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elçin Fikrət oğlu Babayev idarəetməni itirərək motosikleti yol kənarındakı maneəyə çırpıb.

Qəza nəticəsində sürücü və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb.

Yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qızın vəziyyəti ağır olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül kəllə-beyin travması alan Elçin Babayevin vəziyyəti isə qənaətbəxşdir.

Hadisə Şəki Olimpiya Kompleksinə yaxın ərazidə baş verib.

BAKU.WS