Həftəsonu taksilərin fəaliyyəti ilə bağlı YEKUN QƏRAR - YENİLƏNİB

Daxili İşlər Nazirliyi həftəsonu lisenziyası olan şəxslərin taksi fəaliyyəti ilə məşğul ola biləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyəti məhdudlaşmayacaq:
“Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir”.
***11:11
"Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək".
Bunu BAKU.WS-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.
Qeyd edək ki, buna qədər Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlamışdıq. O, bu məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsini istəmişdi.
Oxşar xəbərlər
Daxili İşlər Nazirliyi Naz Milanın tapılması üçün GÖSTƏRİŞ VERDİ
Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniforması...
