Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”

24
okt
2020
11:38
Ermənilərin mülki vətəndaşlara qarşı təcavüzü davam edir.
Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.
“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı təcavüzü davam edir. Düşmənin "Smerç" raket hücumu nəticəsində Tərtər şəhər sakini 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə evlərinin həyətində öldürülüb. Həmin vaxt mövsümlə əlaqədar olaraq Orxan xurma yığırdı”.
Oxşar xəbərlər
Düşmən Mingəçevirə raket atdı - RƏSMİ
Düşmən Mingəçevirə raket zərbəsi endirib. Bununla bağlı “Tvitter” hesabında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev paylaşım edib. Ermənistanın azərba...