SİZİN REKLAM BURADA!
055 213 76 73


 
1998-ci ildən Azərbaycanda  fəaliyyət göstərən Dünyanın ən iritütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın Imperial Tobacco şirkəti tütün məmulatlarının qiymətlərini azaldıb.

Şirkətin Azərbaycanda satılan brendlərindən Davidoff, West, İmperial Classic, Prima, P&S kimi tanınmış siqaret markalarının adını çəkmək olar.

"Imperial Tobacco təmsil olunduğu ölkələrin makroiqtisadi göstəricilərinin dinamikasını yaxından izləyir, qiymət siyasətini və bütövlükdə işini bu dəyişikliklərə uyğun qurmağa çalışır. Məhz bu prinsipə əsaslanaraq, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda İmperial Tobacco məmulatlarının qiyməti mart ayının 1-dən azaldılır"- Şirkətin məlumtında deyilir.

Şirkətə aid tütün məmulatlarının yeni pərakəndə satış qiymətləri belədir:

Davidoff– 3 AZN

WestCompact  – 2 AZN

Imperial ClassicSlimsvə Imperial ClassicCompact  – 1.80 AZN

ClassicKingSize – 1.60 AZN

Prima Deluxe – 1.40 AZN

P&S – 2 AZN

Qeyd edək ki, İmperial Tobacco şirkəti Azərbaycanda 50%-ə yaxın payı ilə tütün bazarının lideri hesab olunur.
 
Marja.az
BAKU.WS