SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti "Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kurslar 1 ay müddətində davam edəcək. Kursa boyu minimum 170 sm olan 18-30 yaş arası qızlar, 22-30 yaş arası oğlanlar tələb olunur.

Kurslarda iştirak etmək istəyənlər "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Müraciətlər martın 4-dək qəbul olunur.

Ziya Babayev
BAKU.WS