VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb.

BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, hadisə metronun "Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
 
BAKU.WS