Ağdamın işğalından 26 il ötür
23
iyl
2019
08:33
Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.BAKU.WS xəbər verir ki, Ağdamın işğalından 26 il ötür.Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı.Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.
Oxşar xəbərlər
Ermənilər viran qoyduqları Ağdamın ən son şəkillərini yaydılar – Fotolar
Ermənilər işğal altındakı Ağdam şəhərinin ən son fotolarını yayıblar.BAKU.WS “modern.az”a istinadən xəbər verir ki, hazırda ermənilərin Əsgəranın inzibati sərhə...