Bakıda tikinti bazarında bəzi malların qiyməti aşağı düşüb.

 


BAKU.WS
-in məlumatına görə, tikinti üçün lazım olan əsas mallar ucuzlaşıb. Satıcılar ucuzlaşmanı mallara olan tələbatın azalması ilə əlaqələndirirlər. Müşahidələrimizə görə, əsasən qum, sement, daş və kərpicin qiyməti ucuzlaşıb. Əgər əvvəllər daş 47-50 qəpiyə satılırdısa, indi onu 30-35 qəpiyə almaq mümkündür.

 

 

 

Əvvəllər 5,50 manata olan 40 kiloqramlıq sement kisəsinin qiyməti isə 4,50 manatdır. Bundan başqa, 20 qəpiyə olan çiy kərpicin qiyməti indi 17 qəpiyə düşüb.

 

 

 


Müşahidələrimiz zamanı digər tikinti malların da qiymətində azlama olduğunu gördük.

Ziya Babayev
BAKU.WS