Yeni ilin əvvəlindən neftlə əlaqəli olan xarici valyutalar təzyiq altındadır. Rusiya və Qazaxıstan valyutası sürətlə dollar qarşısında ucuzlaşmaqdadır. Rubl son olaraq dollara nisbətdə 76, 76-ya qədər yüksəlib. Neqativ bazar əhval-ruhiyyəsi, Çin maliyyə bazarındakı vəziyyət neftin qiymətinin 12 illik minimuma enməsinə, nəticə etibarı ilə neft ölkələrinin gəlirlərinin azalmasına gətirib çıxarır. Neftin qiymətinin sürətlə ucuzlaşması manata olan təzyiqi də artırır.

ABŞ-ın Energetika İnformasiyası İdarəsinin (EİA) açıqlayacağı həftəlik neft fond məlumatları proqnozlara uyğun olarsa, o zaman neftin qiyməti üzü yuxarı qalxacaq. Bəzi analitiklər isə dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-ın neft ehtiyatlarının 2 milyon barel artdığını güman edir. Yəni, neftin qiyməti ABŞ-ın neft hesabatından asılı olaraq dəyişəcək. 
 
Ötən həftənin çərşənbə günü ABŞ-da neft ehtiyatları üzrə həftəlik məlumatlarda cüzi azalma qeydə alınmışdı. Əgər bu artım davam edərsə, müsbət dinamika neftin bahalaşmasına əlavə stimul alacaq. 
 
Təbii ki, neftin bahalaşması neftlə əlaqəli olan valyutaların bahalaşmasına və dollar qarşısında möhkəmlənməsinə imkan yaradacaq.
 
Şahin Həbibov
BAKU.WS