SİZİN REKLAM BURADA!
055 213 76 73



Xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı Ceyran Nəriman vəfat edib.

BAKU.WS 
xəbər verir ki, o bu dəqiqələrdə dünyasını dəyişib.

Xatırladaq ki, Ceyran Nəriman illər öncə döş xərçəngindən əziyyət çəkib və əməliyyat olunmuşdu. Bu yaxınlarda isə başında və onurğa sümüyündə aşkarlanan bədxassəli şiş metastaz verdiyindən xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ceyran Nəriman əmək fəaliyyətinə teatrda başlayıb. Daha sonra isə bir çox media qurumlarında, xüsusilə də uzun illər Space TV-də çalışıb. Son olaraq DTV-də yayımlanan "Birlikdə" verilişinin aparıcısı idi.

Allah rəhmət etsin!