Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. 


BAKU.WS xəbər verir ki, "AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. O, ordu birləşmələrindən birinin komandan müavini təyin edilib. Q. Qarayevin yerinə isə polkovnik Fuad Məmmədov təyin olunub.


Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.


Qeyd edək ki, bir neçə gün əvvəl C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunublar.


Azad Əliyev 

BAKU.WS