SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın Azərbaycanda rəsmi səfərdədir. 
 
BAKU.WS-in məlumatına görə, Mövlud Çavuşoğlu noyabrın 27-də Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən türkiyəli nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb, xatirə kitabına ürək sözlərini yazıb.
 
Səfər çərçivəsində M.Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Türkiyə XİN rəhbəri həmçinin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirib. 
 
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə sərhədlərində Rusiya Su-24 hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə XİN rəhbərinin Bakıya səfəri təsadüfi deyil. Güman olunur ki, Azərbaycan gərginləşən Türkiyə-Rusiya münasibətlərinin nizama salınmasında vasitəçi rol oynayacaq. Ehtimal ki, Çavuçoğlunun Bakı səfəri də məhz bu amilə görə həyata keçirilib.    
 
Şahin Həbibov
BAKU.WS