SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilir.

BAKU.WS-in məlumatına görə, Azərbaycan milli komandasının da iştirak etdiyi mötəbər turnirdə 65 ölkədən 441 cüdoçu medallar uğrunda mübarizə aparır.

73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib.

Həlledici görüşdə yaponiyalı Ono Şoheyə məğlub olan cüdoçumuz nüfuzlu yarışın gümüş medalına layiq görülüb.

Şahin
BAKU.WS