"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov gürcü jurnalistin Azərbaycanın işğal olunmuş torpaqlaqları haqqında sualına cavab verib. 

BAKU.WS-in məlumatına görə, oyundan əvvəl mətbuat konfransında gürcü jurnalisti Qurban Qurbanova maraqlı sual verib:  
 
"Sizinlə bizim dərdimiz oxşardır. Bizim də torpaqlarımız işğal olunub, bizim də işğal olunan ərazinin futbol komandası var. Bəs "Qarabağ" komandasının avrokuboklarda oynaması sizin üçün nə dərəcədə önəmlidir? Axı, bu komanda Qarabağın adını daşıyır?" 

Ağdamlıların baş məşqçisi "Qarabağın bizim olduğunu sübut etməyimiz üçün bizim futbol oynamağımıza ehtiyac yoxdur" deyib: 

"Onsuz da bütün dünya bilir ki, Qarabağ bizimdir və bizim də olacaq. Biz nəyisə sübut etmək üçün oynamırıq. Biz xalqımız üçün meydana çıxırıq.Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir. Təbii ki, bu adın məsuliyyətini anlayıram və bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək üçün yox, xalqımız üçün meydana çıxırıq".
 
"Qarabağ"ımız Çempionlar liqasının II təsnifat mərhələsinin cavab matçında bu gün səfərdə Gürcüstanın "Samtredia" klubunun qonağı olacaq. 

Tuncay
BAKU.WS