Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb.


BAKU.WS-in məlumatına görə, bu barədə AzNews.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

21 aprel 2017-ci il tarixli qərara əsasən, Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları 115 manatdan 116 manata qaldırılıb. 

Qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
BAKU.WS