Bakıda fantastik qiymətə villalar satışa çıxarılıb.

BAKU.WS-in məlumatına görə, dəbdəbəli və lüks şəraitli bu villalar alıcılara milyon dollarlara təklif olunur.
 
Belə villalardan biri Azadlıq prospektində satışa çıxarılıb. Qiyməti 1 milyon 300 min manat olan ev 12 otaqdan ibarətdir. 4 mərtəbəli villada 3 idman otağı, 2 3 sanuzel və sauna (180 km2), istirahət otaqları var. 680 kv.lıq villanın qarşısında 6 sot torpaq ərazisi də var. 
 

 

Digər bir villa isə Mərdəkanda satışa çıxarılıb. Qiyməti 1 milyon manat olan villada tennis kortundan tutmuş üzmə hovuzuna kimi hər şey var. 40 sot ərazidə yerləşən 2 mərtəbəli villa 12 otaqdan ibarətdir.

 

 

Həzi Aslanov qəsəbəsində yerləşən bu villa isə nə az, nə çox düz 2 milyon 700 min manatadır. 12.5 sot həyətyanı sahəsi olan, 3 mərtəbəli, 8 otaqlı ümumi sahəsi 1200 m2 olan villanın həyətində böyük şəlaləsi var. Sauna ve hovuz da olan villa həm də dəniz mənzərəlidir. 

 

 

 

Səbail rayonu Badamdar qəsəbəsində qiyməti 2 milyon manat olan villa satışa çıxarılıb. Dənizə panaraması olan ümumi sahəsi 270kv.m olan təmirli 4 mərtəbəli 13 otaqlı villada sauna, kitabxana, 8 yataq otağı, 4 zal və 6 sanuzer (ayaq yolu) var. 

 

 

Elmlər Akademiyasında 4 milyon 200 min manata 5 mərtəbəli villa satılır. İçərisində lifti də olan 1500 kv.lıq villa 15 otaqdan ibarətdir. Villanın təmirsiz olmasına baxmayaraq villa kifayət qədər bahadır. 

 

 

Şüvalanda 4 mərtəbəli dəniz mənzərəli ultra – lüks villa satılır. Fərdi arxitektur layihə əsasında inşa edilən villa daxili bəzək işləmələri, rəssam əl işi ,yüksək stil və dizayn, xaricdən gətirilmiş eksklüziv mebellərlə təchiz edilib. Bu dəbdəbəli villanın qiyməti 4 milyon 500 min manatdır. 4 mərtəbli 1750 m2 villa 10 otaqdan ibarətdir. 

 

 

 

 

Badamdar qəsəbəsində qiyməti 5 milyon 500 min manat olan 3 mərtəbəli villa satılır. 11 otaqdan ibarət villa 1070 m2-dır. İçərisində hovuzu, saunası olan lüks villa xüsusi dizaynla hazırlanıb.

 

 

 

 

 

 

 
BAKU.WS