Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb - FOTO

12
apr
2020
13:30
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlı yaşayış məntəqələrinə qar yağıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.
Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.
Qrız və Xınalıq kəndlərində qarın hündürlüyü 1-2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda yağış və qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata ə...
