Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-si saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli yağış, Şahdağda qar yağıb.
Xidmətdən bildirilib ki, sentyabrın 27-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Şahdağda 10 mm, Xaltanda 9 mm, Altıağacda 7 mm, Qobustan, Quba, Qusar, İsmayıllı, Ağsu, Gəncə, Şamaxı, Yardımlı, Astarada 2 mm-dək. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Lerik, Qrız, Daşkəsən, Cəfərxan, Biləsuvar, Şahdağda duman müşahidə olunub.
Havanın temperaturu sentyabrın 26-da Bakıda iqlim normasından 1.4 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 30 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.
Oxşar xəbərlər
Sentyabrda hava necə olacaq?
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bild...
