SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyunun 18-i saat 20.00-a olan məlumata əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Şəmkir, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Xaçmaz, Şabran, Xaltan, Şahdağ, Mingəçevir, Sabirabad, İmişli, Zərdab, Ağdam, Balakən, Zaqatala, Şəki, Şamaxı, Tərtər, Yevlax, Qax, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində saat 15:13 radələrində Goranboy rayonunun Böylü qəsəbəsindən sel keçib.

Saat 15:10 radələrində Ağdam rayonunun Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.

Qərb küləyi arabir Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22 m/s, Göyçayda 22 m/s, Şəmkirdə 18 m/s, Sabirabadda 17 m/s, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.

BAKU.WS