Novruz tətilindən sonrakı ilk iş günün hava proqnozu açıqlanıb

Novruz tətilindən sonrakı ilk iş günün hava proqnozu açıqlanıb
Sosial 97

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Oxşar xəbərlər

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...

3929 Sosial 11:36 30 aprel 2022

Son xəbərlər