Hava ilə bağlı - XƏBƏRDARLIQ

Hava ilə bağlı - XƏBƏRDARLIQ
Sosial 7240

Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal var.

Oxşar xəbərlər

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...

3929 Sosial 11:36 30 aprel 2022

Son xəbərlər