SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda Bakıda qatı duman müşahidə edilir.  

BAKU.WS xəbər verir ki, paytaxtın ayrı-ayrı ərazilərində dumanlı hava şəraiti yaxın məsafədən belə görməni xeyli məhdudlaşdırır.

Qeyd edək ki, bu gündən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində qatı duman olacağı ilə bağlı xəbərdarlıq etmişdi. 

Məlumatda bildirilirdi ki, Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Ələt-Astara, Yevlax-Zaqatala, Şəki-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Ağdərə, Ağdam-Füzuli-Horadiz, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Bəhramtəpə-Mincivan, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 200-500 metrədək məhdudlaşacaq.

Bu gün dumana bürünən Bakıdan lentə alınan fotoları təqdim edirik:

BAKU.WS
QALEREYA