Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
Sosial 4

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Oxşar xəbərlər

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Bu barədə Ekologiya və T...

9020 Sosial 14:40 13 yanvar 2022

Son xəbərlər