SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin kollektivinə təqdim olunub.

BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

Emin Əmrullayevi kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevin Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS