SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyi "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına dair açıqlama verib.

BAKU.WS-in məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 aprel tarixli 996 nömrəli Fərmanı ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində təhsilin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi mexanizmi təsdiq edilib: "Bu günədək həmin maliyyələşdirmə mexanizmi ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində dövlət sifarişi əsasında təhsil alanlara münasibətdə tətbiq edilirdi. 2020-ci ildən başlayaraq ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların təhsil xərcləri də dövlət hesabına maliyyələşdiriləcək".

C. Valehov qeyd edib ki, hər il dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların orta illik sayının 500-dən artıq olacağı proqnozlaşdırılır.

BAKU.WS