VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.

BAKU.WS xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasının “Hədəf” verilişində çıxış edərkən bildirib.

Nazir koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb.

O bildirib ki, hazırda məktəblərdə, universitetlərdə virusa qarşı önləyici tədbirlər görülür, dezinfeksiya işləri aparılır və hazırda da bəzi təhsil müəssisələrində bu proses davam etdirilir.

C.Bayramov həmçinin itirilmiş dərs saatlarının kompensasiyası məsələsinə toxunub, bunun necə yoluna qoyulacağını açıqlayıb. Nazir bildirib ki, teledərslər bütün sinifləri əhatə edəcək.

Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.

BAKU.WS
VİDEO