VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dövlət Universiteti (BDU) dekan vəzifəsini, fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Universitetdən BAKU.WS-ə verilən məlumata görə, təhsil ocağı üçün Tarix və Biologiya fakültələrinə dekan axtarılır.

Bundan əlavə, müsabiqə Аli riyaziyyat, Riyaziyyat və onun tədrisi metоdikası, İqtisadi kibernetika, Ümumi fizika və fizikanın tədrisi metodikası, Astrofizika, Bərk cisimlər fizikası, Optika və mоlekulyar fizika, Hidrometeorologiya, Ərəb filologiyası, Аzərbaycan şifahi хаlq ədəbiyyatı, Qədim dünya və оrta əsrlər tаrixi, Diplоmаtiyа və müasir inteqrasiya prosesləri, Politologiya və sosiologiya, Konstitusiya hüququ, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq və Rus dili (humanitar fakültələr üzrə) kafedralarının müdiri vəzifəsini əhatə edib.

Qeyd olunub ki, sənədlər bu elan dərc olunan gündən bir ay müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə təqdim edilməlidir.

BAKU.WS