Təhsil naziri Ceyhun Bayramov daha bir kadr islahatı həyata keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C. Bayramov bu dəfə sələfi Mikayıl Cabbarovun kadrını işdən çıxarıb.

Nazirin əmri ilə İnformasiya şöbəsinin vətəndaşların müraciətinə baxılması üzrə sektor müdiri Elvin Məmmədov vəzifəsindən azad edilib.

BAKU.WS