SİZİN REKLAM BURADA!
055 213 76 73



Övladınızın məktəbindən narazısınız? Hər il minlərlə manat xərcləyib, nəticə əldə etməməkdən bezmisiniz? Uşaqlarınızı etibar edəcək özəl məktəb axtarırsınız?

Bakıda və Azərbaycanın digər böyük şəhərlərində artıq bir neçə ingilis dilli təhsildə fokuslanmış özəl məktəblər fəaliyyət göstərməkdədir. Bu məktəblərdə təhsil haqqı heç də xarici ölkələrindəki yatılı məktəblərin təhsil haqqılarından geri qalmır. Bəs tədrisin keyfiyyəti necə, qənaətbəxşdirmi? Uşaqların ingilis dilini mükəmməl mənimsəməsi üçün onları tamamilə ingilis dilli mühitlə əhatə etmək düzgün olmazmı? Əgər bakalavr təhsili üçün uşağınız xarici universiteti seçəcəksə, onun məktəbin yuxarı siniflərini də xaricdə oxuması düzgün olmazmı?

Cats Education Group – Böyük Britaniya və ABŞ-da məktəbləri olan, innovativ və uğurlu təhsili ilə fəxr edən bir nömrəli qurumdur. Yarandığı 1952-ci ildən bu günə kimi London, Kembric, Kenterberi və Bostonda dörd möhtəşəm kampusun əsasını qoymuş, məktəblərində yalnız ən yaxşı müəllimlər, peşəkar personalla çalışan CATS bu gün qapılarını dünyanın onlarla ölkəsindən gəlmiş tələbələr üçün açır. CATS tələbələrini nə gözləyir:

•Olduqca müasir tədris kampusları və xarici tələbələrin bütün istəklərini qarşılayacaq tədris proqramı.
•Müəllimlərin və peşəkar məsləhətçilərin dəstəyi və məsləhətləri.
•Yalnız innovativ metodlardan istifadə edən müəllimlərin dərslərdə və araşdırmalarda göstərdiyi yardım.
•Dünyanın hər bir yanından olan tələbələrlə uzunmüddətli dostluq.

Hər il yüzlərlə CATS məzunu İngiltərə və Amerikanın ən nüfuzlu universitetlərindən qəbul və təqayüd əldə edirlər. Bu tələbələrin arasında gələcəyin məşhur alimləri, uğurlu iş adamları və həkimləri vardır. Siz də övladınızın istedadının, biliyinin və əzmkarlığının hədər olmasını istəmir, onun gözəl nəticələr əldə etməsini arzu edirsinizsə, CATS kolleclərinə müraciət edin.

Daha çox məktəb və kolleclərlə maraqlanırsınızsa, vaxt itirməyin, 10 fevral tarixində JW Marriott Absheron otelində keçiriləcək təhsil sərgisinə gəlin və arzuladığınız təhsil ocağının nümayəndəsi ilə canlı ünsiyyətdə olun. https://docs.google.com/forms/d/e/1FAIpQLSdd3hzN6IXxBPwKZGc-s32uQgAl-GfDP4ziiMrihlnFGqIouA/viewform linkində qeydiyyatdan keçərək, sərgiyə dəvətnamə əldə edin.

BAKU.WS