SİZİN REKLAM BURADA!
055 213 76 73



Xarici ölkədə təhsil almaq çoxları üçün əlçatmaz görünür. Əlbəttə, heç kim beynəlxalq səviyyəli diplomun üstünlüklərini inkar etmir, lakin gəncləri xarici universitetə qəbulun çətinlikləri, sənəd işləri və nəhayət, yad şəhərdə tələbəlik həyatı qorxudur. Həqiqətənmi, hər şey bu qədər çətindir, yoxsa arzularımız o qədər də əlçatmaz deyil?

İlk öncə, gəlin xaricdə təhsilin üstünlüklərini nəzərdən keçirək.

1-ci və ən əsas səbəb yüksək səviyyəli təhsildir. Bakalavr və ya magistr diplomu üçün xarici ölkələrə üz tutan gənclərin əsas məqsədi həqiqətən də Qərb universitetlərinin yüksək reytinqli olmasıdır. Bu reytinqlər uzun illər boyunca ABŞ və Böyük Britaniya universitetlərinə ən yüksək balı verir. Top 10-a isə Kanada, Yaponiya, Avstralia və İsveçrə uiversitetləri daxil olur.

2 – əcnəbi dillər. İlk növbədə, təhsil aldığı ingilis dilini mükəmməlləşdirmək, əlavə olaraq isə, başqa xarici dilləri öyrənmək imkanı yaranır. Heç kəsə sirr deyil deyil ki, bir dili mükəmməl öyrənmək üçün onunla əhatə olunmuş mühitdə yaşamaq lazımdır. Məhz buna görə də, xaricdə təhsil alan tələbələr artıq nəinki ingilis dilində gözəl danışır, hətta düşünür və filirlərini yazılı şəkildə ifadə edə bilirlər.

3-cü səbəb hər bir məzunun başlıca arzusu olan işə düzəlmədir. Nüfuzlu universitet məzunları tanınmış şirkətlər tərəfindən işə alınırlar. Bu barədə hər bir universitetin öz statistikası var. Ən istedadlı tələbələr isə məzun olmazdan əvvəl belə iş təklifləri almağa başlayırlar.

4 – səyahət imkanı. ABŞ, Avropa, Kanada, Avstraliyaya tələbə vizası əldə edən gənclər, şübhəsiz ki həmin ölkələri qarış-qarış gəzmək imkanı əldə edirlər. Bundan əlavə, tələbələrə hər zaman müəyyən güzəştlər təqdim edilir. Odur ki, tələbə bileti və vizası sizin qarşınızda çox qapıları aça bilər.

5 – Xaricdə təhsil gənclərin daxili potensialını, düşüncə tərzini genişləndirir, dünyanın hər bölgəsindən dostlar qazandırır. Təhsil müddətində qazandığınız əlaqələr sizin uğurlu gələcəyinizin hərəkətverici qüvvəsi ola bilər.

Bir sözlə, xaricdə təhsilin üstünlükləri həddindən artıq çoxdur. Qarşınızda dayanan çətinlikləri isə AzerStudent şirkətinin təşkil etdiyi təhsil sərgisinə gəlməklə aradan qaldıra bilərsiniz. Burada siz istədiyiniz ölkədə ən nüfuzlu təhsil ocaqlarının rəsmi nümayəndələri ilə ünsiyyətdə olub, bütün suallarınıza cavab tapa bilərsiniz.

AzeriStudent şirkəti ildə iki dəfə möhtəşəm təhsil sərgiləri təşkil edir. Sərgilərin məqsədi potensial tələbələrlə universitet və kolleclər arasında əlaqə yaratmaqdır. Bu ilin ilk təhsil sərgisi 1o fevral tarixində JW Marriott Absheron otelində baş tutacaq. Sərgidə iştirak pulsuzdur. Qeydiyyat isə mütləqdir. Aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz.
http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018/register

Xatırladaq ki, 10 illik iş təcrübəsi olan AzeriStudent xaricdə təhsil şirkəti istər valideynlərin, istərsə də tələbələrin ən güvəndiyi şirkətdir.