VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 

Tədqiqat layihəsi çərçivəsində müəllimlər arasında sorğu aparılıb.

İyulun 6-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək məqsədilə təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin edilməsi” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib. Tədbir "Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə Təhsil Nazirliyi, Təhsil İnstitutu və Böyük Britaniyanın Queen’s Universiteti tərəfindən reallaşdırılıb.

Sözügedən layihə Böyük Britaniyanın Queen’s Belfast Universiteti tərəfindən həyata keçirilib. Azərbaycandakı layihə təşkilatçıları isə Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Kaspi” Təhsil Şirkəti və Azərbaycan Təhsil İnstitutudur. Tədqiqat layihəsinin Azərbaycandakı digər tərəfdaşları isə Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Təmiz Dünya Qadınlara Yardım Cəmiyyəti və Azad Müəllimlər İctimai Birliyidir. 

Dünya praktikası və əlaqədar ədəbiyyata nəzər saldıqda, qadınların rəhbərlik etdikləri məktəblərdə nəticələrin daha yüksək olduğunu görmək mümkündür. Azərbaycandakı statistik məlumatlara əsasən isə müəllimlərin əksəriyyətinin qadınlardan ibarət olmasına baxmayaraq, məktəb idarəetməsində kişilər üstünlük təşkil edir. Və hazırkı tədqiqat layihəsi qadınların təhsilin idarə olunması sahəsində az təmsil olunmasının səsələri araşdırmaq və onların bu sahədə rolunun artırılmasına təkan vermək məqsədi daşıyır. Tədqiqat eyni zamanda orta məktəbdə fəaliyyət göstərən qadın direktor və direktor müavinlərinin təhsilin idarə olunması ilə bağlı fikirləri, yanaşmalarını, hansı idarəetmə üsulunu tədbiq etdiklərini və ümumiyyətlə bu sahə ilə bağlı şəxsi düşüncələri və təcrübələrini araşdırıb. 

Tədqiqat layihəsi Queen’s Belfast Universitetinin təhsil elmləri üzrə doktoru Marina-Stefania Giannakakinin rəhbərliyi ilə 1 Fevral tarxindən başlayıb və 30 iyun tarixində yekunlaşıb. Tədqiqatda iştiraka 80 məktəbdən 350 qadın direktor və direktor müavini dəvət olunub. Ancaq onlardan yalnız 107 nəfər bu sorğuda iştirak etməyə razılıq verib. Bundan başqa 5 qadın direktor və 5 qadın direktor müavini ilə müsahibələr aparılıb.

Bu araşdırmanın nəticələri isə 6 iyul 2017-cil il tarixində Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ictimaiyyətə təqdim olunub. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, "Kaspi” Təhsi Şirkəti və "Kaspi” liseylərinin əməkdaşları, Bakı Dövlət Universitetinin əməkdaşları, "Biritsh Council Azərbaycan”ın nümayəndə heyəti, qeyri-hökümət təşkilatları, məktəb direktorları və müəllimlər iştirak edib. 

Tədbirdə çıxış edən "Kaspi” Təhsil Şirkətinin nümayəndəsi Cavid Cəfərov qeyd olunan layihə və onun nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi Azərbaycan ilə Böyük Britaniya arasında təhsil və tədqiqat əlaqələrini inkişaf etdirməkdir. Digər çıxış edən qonaqlar da layihənin yekunları ilə bağlı fikirlərini bölüşüblər.

Bu tədqiqat layihəsi Azərbaycan və Böyük Britaniya arasında tədqiqat əlaqələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilmiş ilkin əməkdaşlıq hesab olunur və gələcəkdə bu əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyır.
 
BAKU.WS