Məktəblərdə 5 günlük TƏTİL BAŞLAYIR - Bu tarixlərdə - RƏSMİ - YENİLƏNİB

Məktəblərdə 5 günlük TƏTİL BAŞLAYIR - Bu tarixlərdə - RƏSMİ - YENİLƏNİB
Sosial 1

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir. 1 fevral ikinci yarımilin ilk dərs günüdür.

***11:07

Yanvarın 27-dən ümumtəhsil məktəblərində birinci yarımilin bitməsi ilə əlaqədar beşgünlük tətil başlayır.

BAKU.WS-in məlumatına görə, 2023-2024-cü tədris ilində birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edir.

Bu səbəbdən də ümumtəhsil məktəblərində yanvarın 27-si, 28-i, 29-u, 30-u və 31-i beşgünlük qış tətilidir.

Son xəbərlər