Ali məktəblərimiz rəqabətə tab gətirmirlər? - VİDEO

“1992-ci ildə özəl ali məktəblər yaradılanda biz elə düşünürdük ki, onlar dövlət universitetləri ilə rəqabətdə önə çıxacaqlar. Ancaq bu baş vermədi, hər ikisi də zəiflədi”.
Bunu Milli Məclisin deputatı Etibar Əliyev parlamentin payız sessiyasının oktyabrın 2-i keçirilən ilk iclasında deyib.
“Universitetlərimiz məşhur reytinqlərdə çox aşağı pillələrdə qərarlaşdılar. Əgər ali təhsildə rəqabət mühiti formalaşmadısa, bu, digər sahələrdə daha böyük çətinliklər yarada bilər. Azərbaycanda tibb təhsili Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində tədris olunur. Onlar necə rəqabət apara bilərlər? Harada rəqabət yoxdursa, orada geriləmə var. Təklif edirəm ki, ali təhsil müəssisələrində rəqabət münasibətlərinin tənzimlənməsinə ayrıca bir fəsil ayrılsın”, - millət vəkili vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
