SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub.

BAKU.WS xəbər verir ki, bunu report-un sualına cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır:

"Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Məktəbli formasının seçimində çox yaxşı işlər gedir. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Onu da nəzərə alaq ki, həmin formalar 3 il qüvvədə olacaq".

BAKU.WS