SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Bayraq yürüşü” keçirilib.

BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüş Dənizkənarı Milli Parkdan ( "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən) başlayıb və Bayraq Meydanında yekunlaşıb.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
 
İlyas Quliyev 
BAKU.WS