SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib. 

Məlumata görə, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

BAKU.WS