SİZİN REKLAM BURADA!
055 213 76 73


"Məktəblərdə və insanların kütləvi toplaşdığı yerlərdə viruslara kütləvi yoluxmamaq üçün pandemiya dövründə mövcud olan maska taxmaq, məsafə gözləmək və əllərin giriş-çıxışda dezinfeksiya olunması tədbirlərinə mütləq şəkildə əməl etmək lazımdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Tanınmış professor hesab edir ki, xəstə uşaqlar heç bir halda məktəbə göndərilməməlidir: "Virusa yoluxmuş uşaqlar ev şəraitində müalicə olunmalıdır. Yaddan çıxarmaq olmaz ki, məktəbdə uşaqların sıx təması mövcuddur. Sinif otaqlarında uşaqlar daima nəfəs alır və bir-birinə asanlıqla yoluxdua bilirlər.

Yaxşı olardı ki, qızdırması olan və xəstə olan uşaqlar məktəblərə getməsinlər. Məktəbdə isə kütləvi yoluxmanın qarşısını almaq üçün şagirdlərin sinif otaqlarında maska taxmaları yaxşı olardı".

Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun ev şəraitində müalicəsi aparılmalıdır:

"Kəskin resperator xəstəliklərin çoxaldığı vaxtda bu başa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müəlicəsini davam etdirməsi vacibdir. Bu şagirdlərin məktəblərə getməsinə ehtiyac yoxdur.

Bizim bu məsələdə valideynlərə tövsiyyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər xəstə halda şagirdlər məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununa bağlı məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcudur".

Orxan Hüseyn
BAKU.WS