Bakıda məşhur kollecdə tələbələrdən "yolka pulu" yığılır? - RƏSMİ CAVAB

Bakıda məşhur kollecdə tələbələrdən yolka pulu yığılır? - RƏSMİ CAVAB
Sosial 258

Bakı Biznes və Kooperasiya Kollecində tələbələrdən "yol pulu" yığılması barədə məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Paylaşımda qeyd edilib ki, kollecin şöbə müdiri 5-ci mərtəbədə təhsil alan tələbələrdən yeni il üçün şam ağacı alınması üçün müəyyən vəsait yığılır.

Məsələ ilə bağlı BAKU.WS-in "qaynar xətt"inə müraciət edən tələbələr də belə bir halın yaşandığını təsdiqləyiblər.

Məsələ ilə bağlı adı çəkilən kollecin rəhbərliyi ilə əlaqə saxladıq. Bakı Biznes və Kooperasiya Kollecinin direktor müavini Vaqif Mahmudov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məlumat həqiqəti əks etdirmir: "Elə şey ola bilməz. Bizdə yolka çoxdan alınıb və hər il yığılıb-sökülür. Bu məktəbin vəsaiti hesabına alınıb. İstəsəniz, gəlib yerində baxa bilərsiniz. Kollecin özünün vəsaiti yoxdur ki, pul yığsın".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib

Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...

4596 Sosial 21:09 10 sentyabr 2020

Son xəbərlər