SİZİN REKLAM BURADA!
055 213 76 73


 
«Dünən televiziya kanalında orta məktəb dərsliklərindəki səhvlər ilə bağlı reportaj göstərilirdi. Riyaziyyat fənni üzrə kitabda olan sual cavablarından biri çox qəribədir: – 0 (mənfi sıfır). Kitabın müəllifi danışır və deyir ki, onsuz da bu elə səhvdir ki, heç kimi çaşdırmaz. Belə ciddi səhvi müəllif çox adi hesab edir». 

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə iqtisadçı Vüqar Bayramov yazıb. 

«Əminliklə demək olar ki, sıfırı mənfiləşdirməyi bizimkilərdən başqa dünyada heç kim düşünə bilməz. Bunun texniki və ya digər formada səhv olmasının əslində təhsil sistemi üçün əhəmiyyəti yoxdur. Reallıq budur ki, şagirdlər səhv informasiya alırlar. Doğrusu, dərsiklərdə və eləcə də test kitablarında belə ciddi səhvlər adi hal alıb. Təəssüf ki, bu məsələyə heç bir nəzarət yoxdur», - ekspert əlavə edib.

V.Bayramov hesab edir ki, belə səhvlərin səbəbləri araşdırılmalı və ciddi nəzarət formalaşdırılmalıdır. 

«Riyaziyyat mənim ən çox sevdiyim fənn olub: istər orta təhsil aldığım Fizika və Riyaziyyat Təmayülündə, istərsə də universitetdə. Amma heç zaman "mənfi sıfırla” rastlaşacağımı ağlıma belə gətirməmişdim», - Bayramov vurğulayıb. 

BAKU.WS