Vergi xidməti işçilərinə xüsusi güzəştlər!

Vergi xidməti işçilərinə xüsusi güzəştlər!
İqtisadiyyat 1414
Expressbank-dan Vergi işçilərinə yeni xəbər var. Expressbank qarşıdan gələn 11 fevral peşə bayramı günü münasibəti ilə Vergi xidməti sahəsində çalışan hər kəsi təbrik edir və onlara xüsusi endirimlərlə komissiyasız kredit məhsulları təklif edir. Belə ki, 7-16 fevral tarixlərində bütün Vergi işçiləri istənilən Expressbank filialına yaxınlaşmaqla illik faiz dərəcəsinə 2% endirim ilə nağd pul krediti götürə bilərlər. Üstəlik, kreditin ayrılmasına görə nağdlaşdırma və təhlil komissiyaları da 0% təşkil edəcək. Ən əsası isə - manatla, heç bir girov və sığorta məbləği tələb olunmadan!Kampaniya çərçivəsində müştərilər 15.000 AZN – dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir. Müştərilərin vaxtına qənaət məqsədi ilə Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı vardır.Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə edə bilərsiniz.

Oxşar xəbərlər

“Azərsu” su ödənişləri üzrə smart karta ödənişlər asanlaşdı!

“Azərsu” su ödənişləri üzrə smart karta ödənişlər asanlaşdı!

Expressbank-ın sürətli və rahat ödəmə terminalları – ExpressPay terminalları ilə artıq “Azərsu”– Abşeron və Elektromed tipli su ödənişləri üzrə smart kartların...

3831 İqtisadiyyat 17:21 06 fevral 2018

Son xəbərlər