SOCAR bu il mənfəətini 14 faiz artırıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin yanvar-iyun aylarında 1 milyard 761 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə (1 milyard 550 milyon manat) müqayisədə 14% artıb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə şirkətin satışdan gəlirləri 5.7% azalaraq 42 milyard 500 milyon manata düşsə də, satışının maya dəyəri bundan çox - 12.6% azalaraq 36 milyard 127 milyon manata düşüb. Son nəticədə şirkətin ümumi mənfəəti 71.9% artaraq 6 milyard 373 milyon manata yüksəlib.
Ötən ilin eyni dövründə şirkətin satışdan gəlirləri 45 milyard 54 milyon manat, satışının maya dəyəri 41 milyard 347 milyon manat olmuşdu.
Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 96 milyard 470 milyon, öhdəlikləri isə 47 milyard 144 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
Azərbaycan müəssisələrinin Avropa İttifaqı (Aİ) bazarına çıxışı son illərdə müəyyən qədər genişlənib. Aİ-yə məhsul ixracına icazə verilmiş müəssisələrin sayı 20...